Ziya Məmmədov Həcc ziyarətinə gedəcək — 9150 manat ödəyib
Sabiq nəqliyyat naziri Ziya Məmmədov bu ilin iyulunda Həcc ziyarətinə yola düşəcək. Gundem.az-a daxil olan məlumata görə, keçmiş nazir ziyarət üçün tələb olunan sənədləri təqdim edib və tələb olunan 9150 manatı da ödəyib.
Bildirək ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra bir qədər kölgəyə çəkilmişdi. Vaxtının böyük hissəsini anadan olduğu Ucar rayonunun Qazıqumlaq kəndində keçirirdi. Qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, qardaşı vaxtını Quran oxumaqla keçirir.
Sitat: “Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.
Gundem.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?