"Yanvar ayından pullarımızı kəsiblər" - Naxçıvandakı hərbçilər
Naxçıvanda xidmət edən evsiz hərbçilərə mənzil kirayəsi üçün verilən pul kəsilib.
Xalqxeber.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup hərbçi məlumat verib. Onların sözlərinə görə, artıq 5 aydır bu pulu ala bilmirlər. N saylı hərbi hissənin zabiti B. Əliyev deyir ki, pulu ödəyə bilmədiklərindən bir çox hərbçi kirayə qaldıqları evdən çıxarılıb:
" Artıq yanvar ayından kəsiblər kirayə pullarını. Soruşuruq, deyirlər, “bizlik deyil, artıq Naxçıvan Maliyyə Nazirliyi kirayə üçün pul ayırmır”. Heç bilinmir ki, ayrılacaq, ya yox. Gah deyirlər, artıq bu pul verilməyəcək, gah deyirlər, pul yoxdur, ona görə ödəniş olunmur. Şəxsən mənim 1500 manat kirayə borcum yığışıb qalıb. Ev sahibi 3-4 ay ötüşdürdü, sonra çıxardı bizi evdən. 3 uşaq, bir də həyat yoldaşım qaldıq küçədə. Onları göndərmişəm, qayınanamgildə yaşayırlar, mən özüm orada-burada gecələyirəm".
Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən digər hərbçi isə deyir ki, yaşadığı evin kirayə haqqını vermək üçün borca girməli olub:
"3 ay sonra ev sahibi dedi ki, ya pulu ver, ya da çıx, başqa adam gəlsin. İki körpə uşaqla hara çıxa bilərdim? Naxçıvanda heç kimim yoxdur. Məcbur olub, bankdan kredit götürüb, borcları ödədim ki, qovmasın evdən. İndi maaşımın bir hissəsi kreditə gedir. Bu səbəbdən uşaqları normal qida ilə də təmin edə bilmirik".
Naxçıvan MR Maliyyə Nazirliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmadı.
Bir neçə ay öncə isə ehtiyatda olan hərbçilər kirayə pullarının kəsilməsi ilə bağlı şikayət ünvanlamışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?