Rektorun halı yoxdursa..: YOLA SALIN GETSİN... - HƏQİQƏTƏN DƏ...
5 may 2022-ci ildə Azərbaycan Texnologiya Universitetinin akt zalında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın açılışına sədrlik edən rektor Akif Süleymanov Dövlət Himni səslənərkən ayağa qalxa bilməyib.
Xalqxeber.az Yenipress.az-a istinadən xəbər verir ki, videodan aydın görünür ki, rektor əlini ürəyinin başına qoyaraq, cani dildən himni ifa etsə də, digərlərindən fərqli olaraq, ayağa durmayıb.
Rektor həmin konfransda şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilərkən də ayağa qalxmayıb. Bu isə onun səhhətində ciddi problem olmasını bir daha təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun səhhətində ciddi problemlərin olduğu və işə 3-4 adamın köməkliyi ilə gəlməsi barədə görüntülər yayılmışdı. Lakin həmin vaxt universitetdən rektorun səhhətində heç bir problemin olmadığı və vaxtlı-vaxtında işə gəldiyi bildirilmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?