SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ağcabədi sakinləri tarlasını suvarmağa su tapmır..? - “Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz..”

Ağcabədi sakinləri tarlasını suvarmağa su tapmır..? - “Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz..”

Tarix:

11-05-2022, 16:44

/ 368 dəfə oxundu.
Ağcabədi sakinləri tarlasını suvarmağa su tapmır..? - “Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz..”

Cənab Prezident İlham Əliyev neçə il öncə Azərbaycanın postneft dövrünə hazır olmasını, daha dəqiq desək, qeyri-neft sektorunun inkişaf etdirilməsini əsas xətt olaraq elan etdi.
Əlbəttə, neft, qaz təbii sərvətdir, ancaq bu da sonsuz deyil, bir zaman tükənəcək.
Ona görə də bir cəmiyyət və dövlət olaraq buna hazır olmalıyıq.
Heç kimə sir deyil ki, bu gün Azərbaycan dövlətinin ixracatının 80 faizi neft və qazdır.
Bunun üçün də 20 ildir ki, Azərbaycan dövləti aqrar sahəyə milyardlar qoyub, sahibkarlara, iş adamlarına, fermerlərə subsidiya verir, güzəştli avadanlıqlar, gübrə, toxum verir ki, aqrar sahə inkişaf etsin.
Yəni həm ucuzluq olsun, həm də aqrar məhsulları ixrac edək, ölkəyə valyuta gəlsin.
Amma, görünən odur ki, bu subsidiyalar, aqrar kreditlər bəzi məmurlar tərəfindən mənimsənilir, daha doğrusu, oğurlanır. Və nəticədə bu gün Azərbaycanda kartofun və soğanın qiyməti 2 manata çatıb.
Kənd təssərrüfatı məhsulları günbəgün bahalaşır.
Təsəvvür edirsiniz, lobyanın bazarda qiyməti 4 manatdır.
Azərbaycanda tarix boyu belə qiymətlər olmayıb.
Ona görə ki, başda Kənd Təsərrüfatı Nazirliyi, Azərsumeliorasiya və s dövlət qurumları olmaqla dövlətin ayırdığı milyardaları öz şəxsi bizneslərinə yönəldiblər. Və nəticədə Azərbaycan kəndlisi, fermeri qalıb çarəsiz durumda.
Qiymətlər isə bazarda ceyran belinə qalxıb.
Heç kimə sirr deyil ki, kəndlinin, fermerin əkib-becərməsi üçün ilk növbədə SU lazımdır.
Su deyən kimi ilk növbədə yada cənab Prezident İlham Əliyevin bir neçə ay öncə müşavirədə dedikləri düşür:
Bəli, prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib.
Prezident onu da əlavə edib ki, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir: “Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Gördünüzmü, Prezident deyir ki, itki adı ilə suyu silirlər…
Bəli, su buxarlanıb, nə bilim, torpağa hopub-filan…cəfəngiyyatdır. 40-50 faiz su Azərmeliorasiya ASC-nin rəhbərliyinin, sədr müavinləri Zakir Quliyevin və Rafiq Aslanovun cibinə gedib. Və nəticədə…
İndi baxacağınız videodan görünür ki, Ağcabədi sakinləri susuzluqdan haray salır, Prezidentdən kömək istəyir.
Ağcabədidə sakinlər çıxılmaz durumdadırlar. Dəfələrlə aidiyyatı qurumlara, başda icra başçısı Rafil Hüseynov olmaqla, bütün rəhbər şəxslərə şikayət etdiklərini bildirən narazı ağcabədililər qeyd edirlər ki, bu gün onlar əkin sahələrini suvarmağa bir damcı su da tapmırlar.
Ağcabədi rayonunun İmamqulubəyli kənd sakini Kamil Kərimov 2-ci qrup əlildir, 5 nəfərlik ailənin sahibidir. Kamil Kərimov deyir ki, pensiya ilə ailəmi saxlaya bilmirəm, dövlət bu torpağı mənə verib ki, əkim-becərim və ailəmi saxlayım:
“Bu sahədə pambıq əkirəm, arpa əkirəm, yonca əkirəm. Amma su olmadığı üçün hamısı tələf olur. İcra başçısı Rafil Hüseynova deyirik, bizi saymır. Bələdiyyəni, icra nümayəndəsini yerində tapa bilmirik”.
Digər rayon sakini Nadir Qasımov deyir ki, hər il 3 ton pambıq təhvil verirəm:
“Bu il əkdiyim pambığın çiyidləri susuzluqdan məhv olub. Rayonda bu qədər artezian quyusu var. 14 arteziandan 10-nu çoxdan dayanıb. Kabellərini kəsib aparıblar. Bizim kəndimiz sanki yiyəsiz qalıb. Nə bələdiyyəmiz var, nə də icra nümayəndəmiz. Dərdimizi kimə deyək..?
Ağcabədi sakinləri sonda cənab Prezident İlham Əliyevdən kömək istəyirlər.
Yazı çapa hazırlanarkən, Ağcabədi rayonu Mehrablı kənd bələdiyyəsinin sədri Mamedov Sahib İslam oğlu ilə rayon polis şöbəsinin rəisi Ənvər müəllimə arxalanaraq, hansı özbaşınalıqlara imza atdığı haqda yazı dərc edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ