SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Deputat: "Birgəyaşayışı təmin etmək üçün ilk növbədə Ermənistan öz çirkin əməllərindən əl çəkməlidir"

Deputat: "Birgəyaşayışı təmin etmək üçün ilk növbədə Ermənistan öz çirkin əməllərindən əl çəkməlidir"

Tarix:

21-05-2021, 13:28

/ 503 dəfə oxundu.
Deputat: "Birgəyaşayışı təmin etmək üçün ilk növbədə Ermənistan öz çirkin əməllərindən əl çəkməlidir"

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi  videokonfransda bir sıra mühüm məsajlar verdi. Əslində, bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ölkə başçısı İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr zamanı səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib:

"Nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, milli-multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqiətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdir. Qürurverici haldır ki, bu gün artıq biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin, beynəxalq hüququn tələblərinin yerinə gətirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perspektivləri və inteqrasiyadan danışırıq. Bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruriliyi idi. Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgə yaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyasi üçün yeni perspektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir". 

Şərhlər

XƏBƏR LENTİ