II qrup əlildən hər ay qanunsuz olaraq 177 manat TUTUR - Kapital Bankda QANUNSUZLUQ
Kapital bankın Lənkəran filalı rayonun Boladi kənd sakini, ll qrup əlil Miriyev İlqar Heybət oğlunun iştirakı olmadan adına 5600 (beş min altı yüz) manat kredit rəsmiləşdirib. İki aydır ki, İlqar Miriyevin əlillik pensiyasından hər ay 177 manat tutulur. Amma həmin krediti götürən İlqar Miriyev deyil, şəxsiyyəti məlum olan başqasıdır.
Maraqlıdır ki, Kapital Bankın məsələdən xəbəri olsa da, həmin krediti zərərçəkmişin hesabından silib dələduzluğu edənin hesabına köçürməyib.
Bank dələduzluq edənin maaş kartının olmadığını əsas gətirərək, sadəcə baş vermiş səhlənkarlığa görə bankın krediti rəsmləşdirmiş işçisinin işdən çıxarıldığını bildirib.
Zərərçəkmişin bildirdiyinə görə 2 gün öncə kreditin sənədləşdirmə prosesinin videolentinə baxıb və həmin dələduzun kimliyi məlum olub. Dələduzla birgə banka gedib. Bank da, dələduzun özü də cinayəti etiraf edib. İşin prokurorluğa getməməsi üçün dələduz həmin kreditin zərərçəkmişin adından silinib öz adına yazılmasını istəsə də, bankın şöbə rəhbəri həmin dələduzun gəliri olmadığından krediti onun adına keçirə bilmədiyini qeyd edib.
Məsələ ilə bağlı Kapital Banka müraciət etsək də, hər hansı cavab ala bilmədik.
Bankın mövqeyini dərc etməyə hazırıq. //bizim.media//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?