"Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam..." - Şəhid atası GİLEY EDİR...
Vətən Müharibəsində şəhid olan Muxtar Qasımlının atası Əli Qasımlı oğlunun adına İctimai Birlik yaratmaq istəsə də, uzun müddətdir, buna nail ola bilmir.
Xalqxeber.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən şəhid atası 3 aydan çoxdur ki, sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdiyini, lakin işinə baxılmadığını deyir: “Ötən ilin dekabrında lazım olan sənədləri toplayıb Ədliyyə Nazirliyinə müraciət etdim. Məni nazirliyin nəzdindəki Qeydiyyat və Notariat Baş İdarəsinə yönləndirdilər ki, bu müraciətlərə orada baxılır. Lakin həmin idarə də məni get-gələ salıb. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ortada nəticə yoxdur”.
Ə.Qasımlının sözlərinə görə, yaratmaq istədiyi təşkilatın adı “Muxtar gənc qazilər və şəhid ailələri” İctimai Birliyidir: “Əslində birlik 3 aydır yaranıb, təsisçi də özüməm. Sadəcə olaraq, rəsmi qeydiyyata alınmasını xahiş edirəm. Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam. Yenə də cavab ala bilməmişəm. İdarəyə dedim ki, heç olmasa mənə bir rəsmi sənəd verin və əsaslandırın ki, bu birliyi qeydiyyatdan keçirmirik. Suraxanı rayonunun deputatı Etibar Əliyev öz adından ədliyyə naziri Fikrət Məmmədova kömək göstərməsi üçün məktub yazdı. Hələ ki, cavab yoxdur, gözləyirik”.
"Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam..."
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Qafqazinfo”ya verilən cavab belə oldu: “Ərizə baxılması üçün daxil olub, cavab müraciət edənin ünvanına göndərilib”.
Dəqiqləşdirmə aparmaq məqsədilə yenidən şəhid atası ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı ünvanına hər hansı cavab göndərilmədiyini bildirdi.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Muxtar Qasımlı idmançı kimi tanınıb və fitnes üzrə Azərbaycan çempionluğunu qazanıb. 2020-ci il oktyabrın 2-də Füzulidə əsgər yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olub. "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?