SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qırğızıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Qırğızıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Tarix:

19-04-2022, 18:44

/ 610 dəfə oxundu.
Qırğızıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

 
Aprelin 19-da Azərbaycana rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

 Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

Şərhlər

XƏBƏR LENTİ