Gəncədə Körpələr Evində BÖYÜK HOQQABAZLIQ... - İTTİHAM
Gəncə şəhər 44 saylı körpələr evi - uşaq bağçası haqqında redaksiyamıza korrupsiya faktı daxil olub. Belə ki, Gəncə şəhər 44 saylı körpələr evinin müdiri Qurbanova Şəfəq Zirəddin qızının bir necə ildir ki, rəhbərlik etdiyi uşaq bağçasının "poveri" Pənahova Fəridə Əli qızının, "xadimə" Məmmədova Günay Gündüz qızının maaş kartlarını özündə saxladığı haqda faktlar mövcuddur.
Bununla bağlı bağçanın müdiri Qurbanova Şəfəq müəllimə ilə əlaqə saxlanılsa da, o, adıçəkilən şəxslərin işdə olduğunu bildirib.
Lakin redaksiyamıza əsaslı mənbədən verilən məlumatda bildirilir ki, əgər Gəncə şəhər "KAPİTAL BANK" xidmətlərinə müraciət olunsa, işin araşdırılmasından aydın olar ki, yazıda adı çəkilən xanımların maaş kartlarından bağçanın müdiri Şəfəq Qurbanova hər ay pul çıxarır, hətta bankomatın xidməti kamerasına onun şəkilinin düşdüyü aydın görünər.
Əlavə olaraq bildirək ki, adı çəkilən bağçada çalışan Aynur müəllimənin həyat yoldaşı, bağçanın “gözətçisi” ştatında işləsə də, onun da işə gəlmədiyi, maaş kartının Şəfəq Qurbanova da olduğu bildirilir.
Yazıda adı çəkilən şəxslərin maaş kartları haqqında araşdırma aparılması üçün Gəncə Şəhər Təhsil İdarəsinə, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə müraciət edəcəyik.
“Hürriyyət”
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?