SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ölkəmizdə idmanın kütləviliyini təmin etmək prioritet vəzifədir

Ölkəmizdə idmanın kütləviliyini təmin etmək prioritet vəzifədir

Tarix:

22-03-2022, 12:30

/ 470 dəfə oxundu.
Ölkəmizdə idmanın kütləviliyini təmin etmək prioritet vəzifədir

 
Gənclər və idman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Bu sahənin inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Görülən işlərin nəticəsidir ki, müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.

Gənclərimizə, onların sağlam, bilikli, vətənpərvər insan kimi böyüməsinə hər zaman ciddi diqqət yetirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu istiqamərdə çox işlər görüb. İdmanla bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da artırıb. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb.

Onun uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bildirib ki, gənclərin zərərli vərdişlərdən uzaq olması, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks işlər görülür. Bu baxımdan idmanın da rolu danılmazdır. Belə ki, idman gənclərin zərərli vərdişlərdən uzaq olmasına kömək edir.

Bu gün Azərbaycanda idmana xüsusi maraq var. Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar. Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru, düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması, bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb. Demək olar ki, bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də maddi texniki baza vardır.

Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir.

Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
 
Aydın Kazımbəyov
Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi,
Sərbəst güləş üzrə SSRİ idman ustası, pedaqoq

Şərhlər

XƏBƏR LENTİ