AFFA-ya yeni baş katib təyin olunub - YENİLƏNİB
AFFA-nın baş katibi dəyişib.
"Report"un məlumatına görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib.
AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.
O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.
2006 - 2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.
2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
2009-cu ildən bugünədək AFFA-da işləyir:
• 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
• 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
• 2012-ci ildən bugünədək baş katibin müavini
2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.
2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.
2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.
2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.
2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:
• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır