SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ermənilər Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Ermənilər Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Tarix:

12-03-2022, 11:00

/ 464 dəfə oxundu.
Ermənilər Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Ermənilər Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd  və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər

XƏBƏR LENTİ