SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazir həbs xəbəri yayılan rəisi işdən çıxardı - ƏMR

Nazir həbs xəbəri yayılan rəisi işdən çıxardı - ƏMR

Tarix:

9-03-2022, 13:33

/ 591 dəfə oxundu.
Nazir həbs xəbəri yayılan rəisi işdən çıxardı - ƏMR

Nazir həbs xəbəri yayılan rəisi işdən çıxardı - ƏMR

"Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov vəzifəsindən azad edilib.

Xalqxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə Sumqayıt Telekommunikasiya Qovşağının rəis əvəzi vəzifəsinə İqbal Süleymanov təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl "Aztelekom" MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağı da daxil olmaqla, müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparıb. KİV-də Qovşağın rəisi Nəriman Salmanovun həbs xəbəri yayılsa da, "Aztelekom" MMC təkzib etmişdi.

Şərhlər

XƏBƏR LENTİ