SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zəngilanda ANAMA-nın bazası istifadəyə veriləcək

Zəngilanda ANAMA-nın bazası istifadəyə veriləcək

Tarix:

4-03-2022, 11:14

/ 407 dəfə oxundu.
Zəngilanda ANAMA-nın bazası istifadəyə veriləcək

"Zəngilanda ANAMA-nın bazasının tikilməsi istiqamətində iş gedir. Novruz bayramından sonra bu bazanı istifadəyə verəcəyik".

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.

O bildirib ki, Laçın və Cəbrayılda əlavə iki bazanın da qurulması da nəzərdə tutulur:

"Builki Tədbirlər Planına uyğun olaraq 40 min hektar ərazi minalardan təmizlənəcək. Bunun tən yarısı ANAMA-nın öhdəliyidir. Minatəmizləmə heyətinin sayı iki dəfə artırılacaq. Maddi texniki baza gücləndirilib, yeni texnika və avadanlıqlar alınıb" - o deyib.

Şərhlər

XƏBƏR LENTİ