SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 21-Cİ ƏSRDİR: Astarada bu ailə ÇADIRDA YAŞAYIR... - "Artıq çadır da dağılmaq üzrədir..."

21-Cİ ƏSRDİR: Astarada bu ailə ÇADIRDA YAŞAYIR... - "Artıq çadır da dağılmaq üzrədir..."

Tarix:

25-02-2022, 17:40

/ 675 dəfə oxundu.
21-Cİ ƏSRDİR: Astarada bu ailə ÇADIRDA YAŞAYIR... - "Artıq çadır da dağılmaq üzrədir..."

Xalqxeber.az xəbər verir ki, Astara rayonun Miki kənd sakini Hüseynova İlhamə Süleyman qızı "Hürriyyət"ə müraciət edərək, ailəlikcə acınacaqlı vəziyyətdə yaşadıqlarını bildirir. O qeyd edib ki, 2019-cu ildə qısaqapanma nəticəsində evi yanıb. Hazırda çadırda məskunlaşan ailə aidiyyatı qurumlardan köməklik olunmasını xahiş edir:

"2019-cu ildə qısaqapanmadan evimiz yanıb. Hazırda çadırda yaşamaq məcburiyyətində qalmışıq. Çadırın üstünü salafanlarla örtmüşük ki, yağış üstümüzə düşməsin. Üç oğlum var. Övladlarımdan birinin ayağı tutulub, hazırda yeriyə bilmir. Həyat yoldaşım da böyrək xəstəsidir, işləyə bilmir. Sosial yardım alırıq. Lakin onu həyətdə yeni evin tikintisi üçün ödəyirik. Kənd camaatı da kömək edəndən sonra evi tikmişik. Daş hörülüb, amma evin üstü örtülməyib. Çadırı da ev yanandan sonra Fövqəladə Hallar Nazirliyi (FHN) verib. Artıq çadır da dağılmaq üzrədir. Yağış yağan zaman evin içinə dolur. Rayon icra hakimiyyət ev yanan ərəfədə 500 azn köməklik edib. Keçən ilin noyabr ayında isə 300 azn pul yardımı etdilər. Bütün qurumlara müraciət etmişəm. Millət vəkilimiz Ziyafət Əsgərov də 500 azn köməklik edib. Bununla mən heç nə edə bilmirəm. Hazırda evin üstü yoxdur. Çadırda yaşamaq məcburiyyətində qalmışıq. Oğlum və həyat yoldaşım xəstədir. Mən gələcəkdə üç əsgər Vətənə xidmətə göndərəcəm. Bu cür yaşamaqla mən necə əsgər göndərim?...Xahiş edirəm aidiyyatı qurumlar mənə köməklik etsin".

Qışın oğlan çağında bu cür mənzərəni müşahidə etmək həqiqətən də üzücüdür. Ümid edirik ki, Astara rayon icra hakimiyyəti və rayonun digər məsul şəxsləri sözügedən ailə ilə əlaqə saxlayıb dəstəyini əsirgəməyəcəklər.



Şərhlər

XƏBƏR LENTİ