SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kənd Təsərrüfatı Nazirliyi bunun qarşısını almasa… – Ağstafalı fermerlər GİLEY edir

Kənd Təsərrüfatı Nazirliyi bunun qarşısını almasa… – Ağstafalı fermerlər GİLEY edir

Tarix:

22-02-2022, 16:55

/ 439 dəfə oxundu.
Kənd Təsərrüfatı Nazirliyi bunun qarşısını almasa… – Ağstafalı fermerlər GİLEY edir

Payızlıq taxıl səpininin vaxtı kesçə də, bəzi ağstafalı fermerlər səpinə başlaya bilmirlər. 

Xaqlxeber.az Mediaxeberleri.Az-a istinadla xəbər verir ki, rayonunun Pirli və KolXəlifəli kəndlərindən olan fermerlər səpin işinin gecikməsinə səbəb kimi torpağa verilən mineral gübrələrin olmamasını göstərirlər. Fermerlər qeyd edir ki, səpin işi aparılarkən sahələrdə məhsuldarlığı artırmaq üçün "Amasfost" adlandırılan mineral gübrədən istifadə edirlər. Hazırda bu gübrələrdən "Aqrolizinq" ASC-nin Ağstafa filialında yoxdur.

Ötən həftə onlarla fermer azot gübrəsi ala bilməyib. Ağstafa rayonunun Pirli, Xəlfəli və daha bir neçə kənddən "Aqroservis" ASC-nin Ağstafa filialına müraciət edən sahibkarlara azot gübrəsi satılmayib. "Gubrə nədən verilmir" sualını edən fermerlərə isə yeni direktor Cavanşir Əmrahovun cavabı belə olub:

"Yuxarının göstərişidir".

Mediaxeberleri.Az adının çəkilməsini istəməyən fermerlərdən birinə istinadən bildirir ki, qaynar xəttə zəng edəcəyini bildirən fermerə isə gübrə verilib.

Haqlı sual yaranır:

Yuxarının göstərişidirsə, onda niyə kiməsə azot gübrəsi verilib?

Yox, verilməsi mümkündürsə, onda niyə başqalarına da verilmir?

Qeyd edək ki, azot gübrəsinin Tovuz " Aqroservis" ASC- yə satılmasına dair fikirlər də var. Hər halda araşdırılasi məsələdi, dövlətin fermerlərə satış üçün nəzərdə tutduğu gübrə ilə bağlı maneə nədən yaradılır?

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Şərhlər

XƏBƏR LENTİ