SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gəncənin sürətli inkişafı hamını sevindirir

Gəncənin sürətli inkişafı hamını sevindirir

Tarix:

2-02-2022, 11:23

/ 313 dəfə oxundu.
Gəncənin sürətli inkişafı hamını sevindirir

 
Azərbaycan sürətlə dəyişir, yeniləşir, inkişaf edir. Bu inkişaf paytaxtla yanaşı bölgələrdə də gedir. Artıq ən ucqar rayonlarımızda da həyatın bütün sahələrində müasir inkişaf tempinə uyğun işlər görülür, bölgələrdə nəhəng layihələr reallaşdırılır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin regional inkişafı daim diqqət mərkəzində saxlaması həyata keçirilən tədbirlərin həm keyfiyyətinə, həm də sürətlənməsinə müsbət təsir göstərir. Dövlət başçısının yanvarın 30-da Gəncə şəhərinə rəsmi səfəri də bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibə verərək bildirib ki: “Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir ”.
Şəhərdə bir çox infrastruktur layihələrinin icra olunub, elektrik enerjisi təchizatı yüksək səviyyədə reallaşıb, enerji istehsalı gücü 220 meqavat olan 10 yarımstansiya yenidən tikilib və əsaslı təmir edilib. Eyni zamanda, qazlaşdırma sahəsində də uğurlu nəticə əldə olunub. Yaxın gələcəkdə icrasının yekunlaşacağı nəzərdə tutulan içməli su layihəsinin gerçəkləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bütün bunlarla bərabər, yol infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, Gəncəyə gedən yollar müasir standartlara uyğun şəkildə bərpa olunub. Bakı-Gəncə avtomobil yolunun, eləcə də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Həmçinin şəhərdən Bakıya dəmir yolu xətti də tam modernləşdirilib. Hazırda paytaxtdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürət qatarları işləyir.
Gəncə regional Dövlət proqramlarının icrasında həmişə xüsusi yerə malik olub. Burada bir neçə il əvvəl “ASAN xidmət” mərkəzi istifadəyə verilib və tələbat nəzərə alınaraq şəhərdə ikinci “ASAN xidmət” mərkəzi yaradılıb.
44 günlük Vətən müharibəsi günlərində Gəncə erməni faşizminin cinayətkar əməllərinə qarşı mərdliklə sinə gərib. Həmin dönəmdə şəhərə Ermənistan ordusu tərəfindən 13 raket atılıb. Bu hərbi cinayət zamanı aralarında uşaqlar da olmaqla 26 Gəncə sakini həlak olub. Lakin Azərbaycan bu vəhşiliyi cavabsız qoymayıb. Ordumuz döyüş meydanında işğalçını layiqli şəkildə cəzalandırıb. Ölkə başçısı yanvarın 30-da Gəncədə inşa olunacaq Memorial Kompleksin təməlini qoydu. Bu da erməni vəhşıliyi və həmin qanlı hadısələrin unudulmayacağı, gələcək nəsillərə, dünya ictimaiyyətinə çatdırılması işlərində böyük rol oynayacaqdır. Prezidentin də qeyd etdiyi kimi: “Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Fuad Heydər – YAP Səbail Rayon Təşkilatının əməkdaşı

Şərhlər

XƏBƏR LENTİ