SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » BU NƏDİ BELƏ: AAYDA Bakını Suriyanın gözündə görür? - PROBLEM

BU NƏDİ BELƏ: AAYDA Bakını Suriyanın gözündə görür? - PROBLEM

Tarix:

27-01-2022, 13:53

/ 346 dəfə oxundu.
BU NƏDİ BELƏ: AAYDA Bakını Suriyanın gözündə görür? - PROBLEM

Yol mədəniyyət və vətəndaşa olan münasibətin görüntüsüdür. Bu istiqamətdə son illər uğurlu addımlar atılsa da, qüsurlarımız həmin şanlı tədbirlərə kölgə salır desək yanılmarıq.

Yollarda hərəkətin təmirlə bağlı dayandırılması artıq adi hala çevrilib. Bəzən illərlə davam edən yol təmirləri bitib-tükənmir, yeni çəkilən asfalt yollar başa gətirilmir. Proses bilərəkdən uzadılaraq sanki həlli müşkülə çevrilir. Əslində isə yolların təmirinin uzadılması, tez-tez təkrar təmiri dövlətin pulunu sağa-sola səpələməkdir.

Elə yarım ilə yaxın təmiri bitməyən Bəsti Bəkirova küçəsindəki 450 metrlik yol kimi...

Statistika dairəsi kimi tanıdığımız ərazidən üzü Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) düşən küçə 7 aydır keçilməz durumdadır. Vaxtilə geniş və fərah əraziyə malik küçə indi darısqal, toz-dumanlığa bürünmüş xarabalığa çevrilib.


Yasamal rayonunun ərazisinə aid olan küçənin təmirə dayanması isə yüklü olan küçələrdəki hərəkəti daha da iflic edib.

2017-ci ildən keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində həmin məkana əl gəzdirən aidiyyəti qurumlar nə gündəlik tıxacları aradan qaldıra bilirlər, nə də ucu-bucağı və nəticəsi bilinməyən təmiri bitirirlər. O yoldan istifadə edən sürücülərin əsəbləri tarıma çəkilir, ərazidə yaşayan sakinlərin isə sağlamlıqları məhv olur.

Uzun fasilələrlə tikilməsi davam etdirilən küçənin real aqibəti isə sual altındadır.

Milyonlarla vəsait xərclənən və hansı məqsədlə daraldılan bu yolun aqibətindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə yanaşı Yasamal Rayon İcra Hakimiyyəti də xəbərsizdir.

Əlbəttə ki, “yolu biz təmir etmirik” ifadəsini çox rahatlıqla dilinə gətirən, jurnalisti başından edib, “işqolik” yoldaşlarına yönləndirən Yasamal Rayon icra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov kimi məmurların fəaliyyətini vərəqləyəndə yolların təmirə uzanmasını anlamaq elə də çətin olmur.
Mənzərə haradansa tanışdır...

Ərazilərindəki vətəndaşların əzabından həzz alan bu rəsmilərin gündəlik iş planına nəzər salmaq da bir başqa zövqdür... O da növbəti səfərə...

Bir sözlə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin dediyi kimi sözügedən küçənin qısa müddətdə icra olunub yekunlaşdırılması qeyri-mümkündür.

Maraqlıdır, xarabalığa dönən, həlli uzanan və ərazisindən zərrə qədər narahat olmayan Yasamal Rayon İcra Hakimiyyəti icra edən qurumları bu məsələdə hansı səbəbdən tələsdirmir? //Bizim.Media //


Şərhlər

XƏBƏR LENTİ