SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Binəqədidə icra hakimiyyətinin əli ilə YEYİNTİ... - İTTİHAM

Binəqədidə icra hakimiyyətinin əli ilə YEYİNTİ... - İTTİHAM

Tarix:

10-01-2022, 18:12

/ 422 dəfə oxundu.
Binəqədidə icra hakimiyyətinin əli ilə YEYİNTİ... - İTTİHAM


Hər kəsə məlumdur ki, ölkə rəhbəri İlham Əliyev cənablarının ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlar əsasında, Bakı şəhərinin rayonlarına təyin olunan bəzi icra başçılarının qol qoyduqları qanunsuzluq əməlləri, daim geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan birinə çevrilir. Qeyd edək ki, icra başçısı vəzifəsini daşıyan həmin şəxslər ya açıq şəkildə, ya da ki, gizlincə qarşılarına qoyduqları məqsədlərini “çin etmək” üçün, hətta minbir hoqqalardan da çıxırlar. Belə bir səbəblər üzündəndir ki, paytaxt Bakı şəhərinin ərazilərində hər cür qanunsuzluqların baş verməsinin canlı şəkildə şahidi olmaq mümkün olur. Qeyd edək ki, paytaxtın əraziləri içərisində daha böyük qanunsuzluqların, özbaşınalıqların tüğyan etdiyi rayonlardan biri də, məhz Binəqədi rayonudur. Yəni, bir qədər araşdırma apardıqda məlum olur ki, bu rayonun Mənzil Kommunal Təsərrüfat Birliyiyində və adı çəkilən bu qurumun tabeliyində fəaliyyət göstərən 102 saylı Mənzil-kommunal istismar sahəsində baş verən qanunsuzluqlar heç bir halda sərhəd tanımır. Belə ki, Quba şəhəri, Heydər Əliyev pr-ti, ev-93 ünvanında qeydiyyatda olan, 2001-ci ildən YAP-ın biletini daşıyan, himayəsində bir övladı və həyat yoldaşı 2-ci qrup əlil olan, hal-hazırda N.Nərimanov rayonunda müvəqqəti yaşayan və 102 saylı Mənzil-kommunal istismar sahəsində böyük mühasib vəzifəsində çalışan Şəhla Həsənova redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində yazır ki, “Büdcə vəsaitlərinin hər ay tarmar olunduğu, adları ştat cədvəlində olan və daha çox “ölü canlar”ın olduğu ünvanlardan biri də, məhz 102 saylı “JEK”dir. Qeyd edim ki, hər ay bu “JEK”ə təqribən1000 ədəd süpürgə alınır adı altında sənədlər rəsmləşdirilsə də, əslində 250 ədəd süpürgə alınır. Faciə o olur ki, bazarda süpürgənin bir ədədinin qiyməti 1-5 manat arası qiymət həddində olduğu halda, Namiq Cəfərovun rəisi olduğu 102 saylı Mənzil-kommunal istismar sahəsində süpürgənin bir ədədinin qiyməti daha fantastik həddə rəsmiləşdirilir. Bu “JEK”in ştat cədvəlində bir müddət bundan əvvəl fəhlə və süpürgəçilər toplum şəkilində işə qəbul olunsalar da, onlardan bəziləri iş üzü tanımırlar. Elə ki, belə bir problemlə bağlı rayonun Məşğulluq idarəsinə şikayət etdim, o halda iş üzü tanımayan fəhlə və süpürgəçiləri rəhbərlik toplum şəkilində işdən çıxartdı. Qeyd edim ki, bu “JEK”də çoxlu işçilər olub ki, onlar heç bir halda işə gəlmədən əmək haqqı alıblar. Həmin işçilərin çoxu 4 saylı Ərazi Məşğulluq Mərkəzindən in rəisi Sənan Məmmədova rayonun Məşğulluq idarəsindən göndərilən işçilər olurlar. Məşğulluq idarəsinin rəisi ilə 102 saylı “JEK”in rəisi Namiq Cəfərovun qurduğu işbirliyi, hər ay külli miqdarda büdcə vəsaitlərinin mənimsənilməsinə yollar açıb. Bu haqda da rəsmi qaydada 4 saylı Ərazi Məşğulluq Mərkəzinin rəisi Sənan Məmmədova yazılı şikayətlər təqdim etmişəm.

102 saylı Mənzil-kommunal istismar sahəsində qol qoyulan maxinasiyalardan biri də, məhz zibil qablarının alınması zamanı baş verir. Çox zaman yeni zibil qabları alınmır, sadəcə olaraq köhnələri rəngləyirlər və bir ədədi təqribən 750 manatdan təzə alınıb adı altında sənədlər rəsmləşdirilir. Bundan əlavə, “JEK”ə ev süpürgəsi, vedrə, araba, sabun, xəkəndaz, müxtəlif geyim formaları, dəftərxana ləvazimatları və s. alınır deyə, minbir maxinasiyalara da qol qoyulur. Yəni, belə bir rəsmləşdirmələr 102 saylı Mənzil-kommunal istismar sahəsində yaşandığından, bu qurumun rəhbəri ayda külli miqdarda gəlir əldə etməyi bacarır”.

Şəhla Həsənova onu da qeyd edir ki, “Bu şəxsin başlıca məqsədi Emin Zamanovun daşıdığı vəzifəni ələ keçirməkdir. Namiq Cəfərov ötən il mənə deyirdi ki, “Əgər MKTB-nin rəisi olaramsa, o halda səni həmin quruma baş mühasib təyin edəcəyəm”. Yəni, Namiq Cəfərov mənim vasitəmlə Emin Zamanova “quyu qazır” ki, bu şəxsi daşıdığı vəzifəsindən uzaqlaşdırmağa nail olsun. 102 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi elə bir əməl sahibidir ki, onun atdığı addımları eşidən hər kəs sanki şoka düşür. Məsələn, təqribən 2017-2018-ci illərdə “JEK”də Şuşan adlı bir qadın süpürgəçi işləyirdi. Qəflətən bu xanımın oğul övladı dünyasını dəyişdi və belə bir səbəbdən də o, iki ay işə çıxmadı. Düzdür, Şuşan iki ay işə çımasa da o, həmin aylara görə əmək haqqını ala bildi. Elə ki, iki aydan sonra o, işə çıxdı, o halda Namiq Cəfərov ona “Sən iki ay işə çıxmamısan, ona görə də əmək haqqı kartını mənə verməlisən” deyib, kartı ondan aldı. Az sonra həmin xanımı süpürgəçi işindən də uzaqlaşdırdı. “JEK”in rəisi daim mənimlə intriqa aparır və çox zaman davamiyyət jurnalını məndən gizlədir. Bu şəxsin məqsədi guya ki, mən işdə olmamışam deyib məni ləkələməkdir, rəhbərliyə bu haqda təqdimat yazıb məni çalışdığım işimdən uzaqlaşdırmaqdır. 2018-ci ildə Namiq Cəfərov qızı Samirə Cəfərovanı “JEK”də karküzar işinə düzəltsə də, o, heç bir halda işə gəlmirdi və onun görməli olduğu işləri mən yerinə yetirirdim. Düzdür, iki il Samirə Cəfərovanın əvəzinə işləsəm də, daha sonra bundan imtina etdim və bu haqda Binəqədi Mənzil Kommunal Təsərrüfat Birliyiyinin rəisi Emin Zamanova yazılı şikayətimi təqdim etdim. Belə bir şikayətimdən sonra rəhbərlik Samirə Cəfərovanı işdən çıxartdı. Həmin vaxtlardan Namiq Cəfərov mənimlə intriqa aparmağa, nə yolla olursa-olsun məndən qisas almağa başladı və oxşar münasibətini bu gün də davam etməkdədir. 102 saylı Mənzil-kommunal istismar sahəsində ikili tabel var və əmr kitabında ayrı–ayrı şəxslərin adları rəsmləşdirilsə də, əsas tabeldə onların adlarına rast gəlmək mümkün olmur. Təqribən iki ay bundan öncə Namiq Cəfərov 102 saylı Mənzil-kommunal istismar sahəsinin mühasibatlığında yoxlama işlərinin aparılması məqsədilə, Binəqədi Mənzil Kommunal Təsərrüfat Birliyiyinə müraciət etdi və lazımi yoxlamalar həyata keçirildi. Aparılan yoxlamalar zamanı Namiq Cəfərovun günahı ucbatından nöqsanlar aşkara çıxarıldı və sonda hər bir çatışmazlıq mühasibatlıqda çalışanların ayağına yazıldı. Bu minvalla 4 nəfər işdən çıxarıldı. Mühasibatlıqda aparılan yoxlamalar yazdığım izahata heç bir halda əhəmiyyət verilmədi. Namiq Cəfərov A. Gəraybəyli-41 ünvanında yerləşən binaya məxsus kitabı balansdan gizlədir və illərdir ki, ciddi hesabat blankı əsasında toplanan pulları mənimsəyir. Qeyd edim ki, ötən il həmin binanın sökülməsinə baxmayaraq, hansı şəxsə qeydiyyatsız yaşaması haqda arayış lazım gəlirsə, o halda Namiq Cəfərov həmin şəxsin sökülmüş binada müvəqqəti qeydiyyatda olması haqda arayış yazıb verir. Bir sözlə, bu “JEK”də baş verən hoqqaların, mənimsəmə faktlarının və s. həddi-hüdudu bilinmir”.

Məsələnin daha çox diqqəti cəlb edən tərəfi isə, ölkə rəhbəri İlham Əliyev cənablarının imzaladığı Sərəncam əsasında 06 iyun 2018-ci il tarixdən Bakı şəhəri, Binəqədi RİH-nin başçısı vəzifəsinə təyin olunmuş Allahverdiyev Elxan Şamil oğlunun, bu cür problemlərə reaksiya verməməsidir. O halda sual oluna bilər ki, nədən icra başçısı vəzifəsini daşıyan bu şəxs 102 saylı Mənzil-kommunal istismar sahəsində və 4 saylı Ərazi Məşğulluq Mərkəzində baş verən hoqqaların, ələlxüsus büdcə talançılığının qarşısını almır? Axı, möhtərəm Prezident bu rayonda icra başçısı vəzifəni Elxan Allahverdiyevə həvalə edib, bu şəxsə etimad göstərib? Bəlkə də, rayon rəhbərliyinin bu yöndə heç bir addımını atmamasının kökündə müəyyən səbəblər, hansısa kəsişən maraqlar var? Yəni, icra başçısı bu cür “bezpredelliyə” göz yumursa, deməli o, ölkə rəhbərinin etimadını doğrultmur və açıq-aşkar şəkildə cənab Prezidentə xəyanət etməklə məşğul olur. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

P.S. Hörmətli oxucular! Növbəti yazımzda Namiq Cəfərovun bugünkü vəzifəsinə sahib olmazdan öncə yataqxanada yaşasa da, rəisi olduğu MKİS-ə dövlət tərəfindən avtomobil verilməsinə baxmayaraq, dəyəri on min manatlarla olan 2 ədəd bahalı nəqliyyat avtomobilə sahib olmasından, şəhərin Vorovski qəsəbəsində dəbdəbəli villa inşa etdirməsindən, bir övladını xaricdə oxutdurub , digər övladını isə oxutdurmaqda davam etməsindən, manatın devolvasiyaya uğradığı və dolların dəyəri qalxdığı vaxtlarda 10 nəfərə qədər işçisini “28 May” ərazisinə aparıb, bankda həmin şəxslərdən hər birinin vasitəsilə 20 min manatı dollara dəyişdirməsindən, İcra Hakimiyyətinin vasitəsilə 200.000 manatlıq və 250.000 manatlıq mənimsəmə aktının surətini təqdim edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Nyus.Az

Şərhlər

XƏBƏR LENTİ