Təxribatçı Peqov Qazaxıstana getdi - VİDEO
Vətən Müharibəsi zamanı cəbhədən Azərbaycanın əleyhinə təxribat xarakterli məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov Qazaxıstana gedib.
Bu barədə o, Teleqram kanalında yazıb. Peqov Rusiya sülhməramlı kontingentinin təyyarəsi ilə Baykanura yola düşüb. O, Baykanur kosmodromundan çəkiliş edərək son vəziyyətlə bağlı məlumat verib.
Qeyd edək ki, Semyon Peqovun Rusiya sülhməramlılarının təyyaərsi ilə Qazaxıstana getməsi sosial şəbəkənin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...