SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda 5 günlük bayram tətili başladı

Azərbaycanda 5 günlük bayram tətili başladı

Tarix:

31-12-2021, 10:00

/ 665 dəfə oxundu.
Azərbaycanda 5 günlük bayram tətili başladı


Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.
Tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.
Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.
Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ