SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İsmayıl Zalov: Qafqazın və Azərbaycan xalqının incisi - Mehriban xanım Əliyeva

İsmayıl Zalov: Qafqazın və Azərbaycan xalqının incisi - Mehriban xanım Əliyeva

Tarix:

28-12-2021, 09:20

/ 656 dəfə oxundu.
İsmayıl Zalov: Qafqazın və Azərbaycan xalqının incisi - Mehriban xanım Əliyeva

Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Ulu öndər Heydər Əliyevin  ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi dəyərlərinə  dərindən  bağlılıq Mehriban xanım Əliyevanın  həyat amalına çevrilib, zaman-zaman daha geniş sahələri əhatə edib. Heydər Əliyev Fondunun prezidenti kimi  Ümummilli Liderin  irsinin təbliği ilə məşğul olan  Mehriban xanım Əliyeva Azərbaycan xalqının tarixinin, mədəniyyətinin xarici ölkələrdə  daha yaxından tanıdılması  sahəsində çox böyük uğurlara imza atıb.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.
Uğurlarımıza davamlı töhfələri ilə diqqət çəkən   Mehriban xanım  Əliyevanın xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar,  hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur.  Mehriban xanım Əliyevanın xidmətləri Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni  töhfələr verir.
Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi onun uğurlarının müşaiyətçisidir. Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah Təalanın köməkliyi yüksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa  yol açır: “Mehriban xanım Əliyevanın aldığı mükafatlar, fəxri adlar onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə xalqın sevgisidir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirib: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.” Ölkə Prezidentinin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” vədini verməklə, istər bu günədək  Heydər Əliyev Fondunun prezidenti, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti kimi  bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub.”
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.

İsmayıl Zalov
Hüquq Eksperti

Şərhlər

XƏBƏR LENTİ