SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu və xidmətləri danılmazdır

Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu və xidmətləri danılmazdır

Tarix:

16-02-2023, 14:00

/ 340 dəfə oxundu.
Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu və xidmətləri danılmazdır

Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti  Azərbaycan qadınının cəmiyyətdəki  rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri  təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Yüz il bundan əvvəl Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkə kimi tarixə düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur.
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr doğurdan da olduqca geniş, maraqlı və rəngarəngdir. Fond Azərbaycanda və ölkə hüdudlarından kənarda mükəmməl layihələr həyata keçirir, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Heydər Əliyev Fondunun icra etdiyi infrastruktur layihələri yüz minlərlə vətəndaşların sosial qayğılarının həlli deməkdir. Fonda üz tutmuş heç bir insanın probleminə, dərdinə biganə qalmayıb. Insanlarla ünsiyyətdə olmağı, onları dinləməyi və eşitməyi, köməyə ehtiyacı olana kömək etməyi, mənəvi dəstək verməyi Mehriban xanım Heydər Əliev Fondunun  hər bir əməmkdaşı qarşısında birbaşa vəzifə kimi müəyənləşdirib. 
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, Şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, dünyaya səs salan möhtəşəm “Xarı bülbül” Musiqi Festivalının təşkili Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına  xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.
“Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” deyən Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən nurlu insanlarımızın, ziyalılarımızın yolunu uğurla davam etdirir. 
 
Aynur Xəlilova – siyasi sərhçi
 

Şərhlər

XƏBƏR LENTİ