"Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də..." - Bakı sakininin evi uçmaq üzrədir
Bakı şəhər sakini çətin şəraitdə yaşayır.
Xalqxeber.az xəbər verir ki, Oxu.Az-a müraciət edən Kənan Abasov bildirib ki, yaşadığı ev uçma təhlükəsindədir:
“Sabunçu rayon, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 41 ünvanında yaşayıram. Atam vəfat edib, anam da şəkər xəstəsidir. Yaşadığımız ev təhlükəli vəziyyətdədir. Maddi imkanımızın olmaması səbəbindən evi təmir edə bilmirik.
Bu barədə dəfələrlə Bakı Şəhər və Sabunçu Rayon İcra Hakimiyyətlərinə müraciət etsək də, heç bir tədbir görülmür”.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...