SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qarsda sərnişin avtobusu qəzaya uğradı - 2 azərbaycanlı öldü

Qarsda sərnişin avtobusu qəzaya uğradı - 2 azərbaycanlı öldü

Tarix:

19-12-2021, 12:20

/ 501 dəfə oxundu.
Qarsda sərnişin avtobusu qəzaya uğradı - 2 azərbaycanlı öldü

Dünən Türkiyədə baş verən qəzada 2 azərbaycanlı həyatını itirib.

Xaqlxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, dekabrın 18-də İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.

Şərhlər

XƏBƏR LENTİ