SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda bu saytların fəaliyyəti qadağan edilir

Azərbaycanda bu saytların fəaliyyəti qadağan edilir

Tarix:

18-12-2021, 21:08

/ 556 dəfə oxundu.
Azərbaycanda bu saytların fəaliyyəti qadağan edilir

Ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısı alınır.

Xalqxeber.az xəbər verir ki, bununla bağlı məsələ "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddələrə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.

Şərhlər

XƏBƏR LENTİ