“Avtomobil yolunun çəkilməsi ilə bağlı Ermənistanla razılığa gəldik”
“Zəngəzur dəhlizi ilə bağlı bir məsələyə toxunmaq istərdim. Edilən təklif, yəni kommunikasiya xəttinin açılması üçtərəfli bəyanatda öz əksini tapıb”.
Bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.
“Bu, artıq öhdəlikdir ki, Ermənistan bütün lazımi şəraiti yaratsın. Düzdür, bu, son il ərzində bu sahədə irəliləyiş əldə eləmək heç də asan olmayıb. Biz artıq dəmiryolu əlaqəsinin Azərbaycandan Ermənistan ərazisindən keçərək Naxçıvana çəkilməsi ilə bağlı razılığa gəldik. Bir razılıq da avtomobil yolunun çəkilməsi ilə bağlıdır.
Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etdiyi vurğulanır. Ermənistan da maneəsiz və təhlükəsiz çıxışı təmin etməlidir”, - Prezident qeyd edib. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...