Moskvada “3+3” formatında ilk görüş keçirildi
Bu gün Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib.
Xalqxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə baş tutub.
"Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb”, - bəyanatında deyilir.
Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər.
İclas iştirakçıları aidiyyəti nazirlik və idarələrin mümkün cəlb olunması ilə gələcək üçün iş planlarını müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...