SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycandan kapital axını: Nə qədər təhlükəlidir? - İNCƏLƏMƏ...

Azərbaycandan kapital axını: Nə qədər təhlükəlidir? - İNCƏLƏMƏ...

Tarix:

10-12-2021, 18:02

/ 552 dəfə oxundu.
Azərbaycandan kapital axını: Nə qədər təhlükəlidir? - İNCƏLƏMƏ...


Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapital axını 4 268,2 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur.

Qeyd edək ki, kapital axınları sərmayə qoymaq, mal və xidmətlərin alınması, satışı və ya biznes təşəbbüsü kimi fəaliyyətlərlə əlaqədar pulun hərəkətini təsvir etmək üçün istifadə edilən termindir.

Bu gün ölkədə ötən ilə nisbətən kapital axınının daha da artmasının əsas səbəbi nə ilə izah edilir və bu ölkə iqtisadiyyatı üçün təhlükəlidirmi?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, hər bir ölkənin tədiyyə balansı deyilən bir göstərici var və tədiyyə balansı ölkədən çıxan valyuta həcmi ilə ölkəyə daxil olan valyuta həcminin nisbətini müəyyən edən bir göstəricidir:

“Ölkəyə daxil olan kapital axını yüksək səviyyə təşkil edirsə, yəni tədiyyə balansında müsbət saldo hökm sürürsə, bu o deməkdir ki, ölkəyə daxil olan xarici valyuta həcmi daxildən kənara axan xarici valyuta həcmindən çoxluq təşkil edir.

Bunun müsbət əhəmiyyəti ondan ibarətdir ki, ölkə daxilində makroiqtisadi göstəricilər sabit vəziyətdə qalmış olur. İqtisadi artım üçün əlverişli mühit yaranır. Ölkə iqtiqasiyyatında valyuta bazarında sabitlik sarıdan dayanıqlıq əldə olunmuş olur və milli valyutanın dəyəri, məzənnəsi üçün heç bir təhlükə mövcud olmur.

Son illər ərzində ölkəyə kapital axını varsa, yəqin ki, bu neftin qiyməti ilə izah oluna bilər. Çünki neftin dünya bazar qiyməti il başladıqdan indiyədək Azərbaycan üçün əlverişli vəziyyətdə olub. Büdcədə neftin bazar qiymətlərini 40 dollar götürsək də, realda dünya bazarlarında bu qiymət ən aşağısı 60 dollardan yuxarı olub. Bu o deməkdir ki, Azərbaycan neftin dünya bazar qiymətlərinin əlverişliyindən bu il ərzində ölkəyə daha çox kapital daxilinə nail olunub”.

Ekspert deyir ki, ölkədən kənara bu il ərzində kapital axını artıbsa, bunu ancaq müvafiq investisiya xərcləri ilə əlaqələndirə bilərik:

“Azərbaycan həm də bu gün xaricə investisiya qoyan ölkələr sırasındadır. Xüsusilə də Gürcüstana, Türkiyəyə investisiya qoyuruq. Bu əsasən SOCAR tərəfindən həyata keçirilən layihələrlə bağlıdır. Bundan başqa kapital axınında ayrı-ayrı vətəndaşlar tərəfindən xarici ölkələrdən, xüsusilə də daşınmaz əmlakların satın alınması da yer alır.

Bu da ölkədən xaricə kapital axını deməkdir. Ölkədən kənara kapital axını təhlükəli sayıla bilməz, o baxımdan ki, SOCAR-ın adıçəkilən ölkələrdə həyata keçirilən investisiya layihələri Azərbaycanın gələcəyi üçün əlverişlidir. Biz xarici ölkələrə nə qədər investisiya yatırsaq, o gələcəkdə ölkəyə gəlir gətirəcək.

Ancaq investisiyadan kənar kapital axını var ki, bu artıq hər bir ölkənin iqtisadi təhlükəsizliyi, xüsusilə də valyuta bazarında sabitliyin qorunub saxlanması üçün ciddi təhdid sayılır. İnvestisiya xarakterli olmayan kapital axınının qarşısı alınmalıdır. Ölkə daxilində iqtisadi sabitlik, manatın məzənnəsi ilə bağlı heç bir təhlükə, makroiqtisadi vəziyyət baxımından heç bir təhlükə olmadığından ölkədən kənara kapital axını üçün heç bir ciddi əsas yoxdur.

Bu adətən o vaxt baş verir ki, milli valyuta dəyərdən düşür, manatın devalvasiyasına gedilir, ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər ortaya çıxır. Əgər ölkədən kənara kapital axını baş veribsə, bu investisiya xarakterli əhəmiyyət daşımıyıbsa, ciddi araşdırma tələb edir və bu istiqamətdə artım təcili şəkildə qarşısı alınmalı olan problem sayılır”.

Şərhlər

XƏBƏR LENTİ