SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanda NƏ BAŞ VERİR? - Əsl Xanədanlıq qanunları HÖKM SÜRÜR...

Naxçıvanda NƏ BAŞ VERİR? - Əsl Xanədanlıq qanunları HÖKM SÜRÜR...

Tarix:

10-12-2021, 13:21

/ 1 917 dəfə oxundu.
Naxçıvanda NƏ BAŞ VERİR? - Əsl Xanədanlıq qanunları HÖKM SÜRÜR...


Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy Naxçıvanda represiyaya məruz qalıb.

Ovqat.com-un məlumatına görə, Naxçıvanın yetişdirdiyi ən nüfuzlu və nadir sənət adamlarından olan Həsən Ağasoy 7 ay bundan əvvəl işdən çıxarılıb.

İddia olunur ki, onu MR-nın “boz kardinalı” kimi tanınan Azər Zeynalovun “təqdimatı” əsasında işdən uzaqlaşdırıblar. Həsən Ağasoyun günahı isə facebookda tənqidi status yazmağı olub.

Statusda konkret ünvan göstərilmədən korrupsiyaya qarşı fikirlər səsləndirən Həsən Ağasoyun bu cəsarəti Naxçıvanda süngü ilə qarşılanıb. Statusdan bir gün sonra Naxçıvan MR Mədəniyyət Nazirliyinə çağırılan görkəmli aktyorun qarşısında iki seçənək qoyulub: ya öz xoşunla ərizəni yaz, işdən get, ya da biz səni xüsusilə ağır maddə ilə işdən çıxaracağıq.

Həsən Ağasoyun halına uyğun ifası

Bildirilir ki, şəxsən Mədəniyyət naziri tərəfindən irəli sürülən bu tələblə razılaşmayan xalq artisti evinə qayıdıb və bu hadisədən sonra sənətkarın ailə üzvlərinə təzyiqlər başlayıb. Sonunda daha artıq dirənməyin həm də ailə üzvləri üçün ciddi sınaq olacağını anlayan “xanlıq” rejiminin tələblərini yerinə yetirmək məcburiyyətində qalıb. 4 aydındır, işsiz qalan xalq artistinin bu hörmətsizlikdən bərk narahat olduğu, psixoloji-mənəvi sarsıntı keçirdiyi bildirilir.

Maraqlıdır ki, Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə ölkədə korrupsiyanın tuğyan etdiyini bildirmiş və məmurları buna qarşı aktiv mübarizəyə səsləmişdi. Yəqin ki, Həsən Ağasoyun öz fikirlərini dilə gətirməsində İlham Əliyevin bu mövqeyi də önəmli rol oynamış, bir növ onu öz fikirlərini dilə gətirməyə cəsarətləndirmişdi. Naxçıvan rəhbərliyinin Həsən Ağasoya qarşı bu cür repressiv üsullara əl atması onu göstərir ki, Naxçıvan “xan”ının əlində imkanı olsa, hətta Prezienti belə cəzalandırardı.

Həsən Ağasoy kimdir?

Prezident İlham Əliyev tərəfindən 1999-cu ildə Azərbaycan Respublikasının xalq artısti adına layiq görülən Həsən Ağasoy 27 mart 1958-ci il tarixində Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır və həyatını doğma diyarına bağlayıb. Bəlkə o da zamanında Naxçıvandan baş götürüb qaçsa idi, indiki repressiyalara məruz qalmaz, Azərbaycanın ən ünlü sənət ocaqlarında fəaliyyətini davam etdirər və səsi ən yüksək kürsülərdən gələrdi. O isə həyatını və yaradıcılığını Naxçıvana bağladığından həm öz potensial imkanlarından məhrum olmuş, həm də təqaüd yaşına gəlmədən artıq işdən çıxarılmışdı.

Qeyd edək ki, Həsən Ağasoyun təqaüdə çıxmasına cəmi 1 il bir neçə ay qalmışdı. Naxçıvan rəhbərliyi isə on təqaüdü belə çox görərək işdən uzaqlaşdırmağa üstünlük verib.

Aldığı mükafatlar:

1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb. 2005–2010-cu illərdə və 9 may 2018-ci ildə prezident mükafatçısı olub. 2008-ci ildə "Tərəqqi" medalına layiq görülüb.

Şərhlər

XƏBƏR LENTİ