AAAF Park "Qazlaşma üçün sənədləri təqdim etmişik" deyir... - "Azəriqaz" isə əksini deyir
Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri 1A və 1B nömrəli binalara qaz verilmədiyini bildirirlər. Sakinlərin sözlərinə görə, sözügedən binaların komendantı onlara bildirib ki, şirkət tərəfindən bütün sənədlər "Azəriqaz"a təqdim edilib, lakin qazın verilişi hələ də təmin olunmayıb.
Məsələ ilə bağlı "Azəriqaz"-dan Yeniavaz.com-a bildirildi ki, şirkət yaşayış binalarının istismara qəbul edilmək üçün tələb olunan sənədlərini təqdim etməyib:
“Biz uzun müddətdir ki, onların sənədlərini gözləyirik. Onlar vətəndaşlara deyirlər ki, hər şey qaydasındadır. Biz vətəndaşlara izah etmişik. Sözügedən binaların istismara qəbul edilmək üçün sənədləri təqdim olunmayıb. Bu səbəbdən "Azəriqaz" hər hansı reaksiya verə bilmir”.
AAAF Park yaşayış kompleskindən isə saytımıza bildirildi ki, ümumi kompleksin qazla təmin edilməsi üçün "Azəriqaz"a yazılı müraciət olunub, və sənədlər göndərilib:
"Binalar stereotiplərə uyğun olaraq mərhələli şəkildə qazlaşdırılacaq".
Yeniavaz.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...