SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Beyləqanda nonsens: Məktəbi evdar qadın idarə edir? - İDDİA

Beyləqanda nonsens: Məktəbi evdar qadın idarə edir? - İDDİA

Tarix:

24-11-2021, 14:28

/ 403 dəfə oxundu.
Beyləqanda nonsens: Məktəbi evdar qadın idarə edir? - İDDİA


Beyləqan şəhər 6 saylı ümumi orta məktəbi direktor Hüseyn Abasquliyevin şəxsi obyektinə çevrilib. Məktəbi Hüseyn Abasquliyevlə bərabər, həm də onun evdar qadın olan həyat yoldaşı idarə edir. Busaat.az xəbər verir ki, bu barədə adlarının açıqlanmasını istəməyən bir qrup müəllim adından sosial şəbəkədə yayılan məlumatda bildirilir.

Müəllimlərin sözlərinə görə məktəbdə çalışan 25 nəfər müəllimin 15-nin dərs saatları Hüseyn Abasquliyev tərəfindən şişirdilib və həmin müəllimlər buna görə maaşlarından hər ay direktora faiz verirlər. Yerdə qalan müəllimlərin şikayətlərini isə nə direktor, nə də təhsil şöbəsi dinləmir. Baş verənləri ədalətsizlik kimi qiymətləndirən müəllimlər məsələ ilə bağlı təhsil nazirliyinə də müraciət ediblər. Hazırda isə məktəbdə yoxlama aparılır.

Bir başqa mənbənin Busaat.az-a bildirdiyinə görə isə yoxlama düzgün aparılarsa, direktorun bir çox qanunsuz əməlləri aşkar olunacaq. Onlardan biri də Hüseyn Abasquliyevin məktəbdə “ölü can”lar saxlamasıdır. Konkret faktlarla danışan mənbə qeyd edib ki, direktor adı olub özü olmayan 3 “xadimə”nin maaşını hər ay cibinə qoyur. Direktorun digər qazanc yeri isə ayda 2 dəfə Heydər Əliyev və İlham Əliyevlə bağlı kitabları müəllimlərə və şagirdlərə məcburi satdırmaqdır. Bundan başqa sinif şagirdlərindən otaqların təmiri üçün hər ay pul yığılır və bu pullar təmirə sərf olunmur. Həmçinin bir çox şagirdlərin adları jurnalda olsa da özləri hazırlığıa getdikləri üçün dərsə gəlmirlər.

Məktəbdə baş verən bütün proseslərə, o cümlədən dərs saatlarının bölünməsinə Hüseyn Abasquliyevin evdar qadın olan həyat yoldaşı müdaxiləsilə edir. Bildirilir ki, hətta Beyləqan Təhsil şöbəsinin müdiri ilə söhbətə də direktor Hüseyn Abasquliyev deyil, həyat yoldaşı gedir. Yəni Təhsil şöbəsi səviyyəsində hər kəs bilir ki, 6 saylı məktəbi evdar qadın idarə edir.

Şərhlər

XƏBƏR LENTİ