SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi - ƏMR

Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi - ƏMR

Tarix:

23-11-2021, 12:49

/ 632 dəfə oxundu.
Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi - ƏMR

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”nə yeni rəis təyin edib.

Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.

Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən "Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.

O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.
//qaynarinfo.az//

Şərhlər

XƏBƏR LENTİ