Nazirlik Bakı şəhər İcra Hakimiyyətini məhkəmə verdi
Vergilər Nazirliyi 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırıb.
Nazirliyin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin keçirdiyi reyd zamanı Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə məxsus ticarət obyektlərindan aksiz markası olmayan siqaretlər aşkarılanıb.
İddia ərizəsində irəli sürülüb ki, MMC-yə məxsus, aksiz markaları ilə markalanmamış alış dəyəri 395 manat olan 166 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilsin.
Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, özləri də bu reydlərin keçirilməsində maraqlıdırlar və nazirliklə birgə keçirirlər. Həmin siqaretləri isə satıcılar özləri kənardan əldə edərək satışını qanunsuz olaraq həyata keçirirlər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb