AMEA-dan qayda pozan “AA” seriyalı avtomobillə bağlı - Açıqlama
Xəbər verdiyimiz kimi, keçən həftə Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub. Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
Həmin avtomobilin sahibinin “Bakı Klinikası”nın rəhbəri Aytən Quliyeva olduğu deyilmişdi. Klinikanın əsl sahibinin isə AMEA-nın Prezidenti Ramiz Mehdiyev olduğu iddia olunmuşdu.
AMEA iddialarla bağlı açıqlama yayıb.
“Son günlər bir sıra KİV-də Bakı şəhərində 90 AA 013 dövlət nömrə nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtobusların hərəkət zolağına çıxdığına dair məlumat yayılıb. Təəssüf ki, bəzi jurnalist həmkarlarımız baş verən hadisəni dəqiqliklə araşdırmadan, sözügedən avtomobilin guya AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məxsus olan “Bakı Klinika”sının sahibi Aytən Quliyevaya aid olduğu haqqında əsası olmayan məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaradıblar.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, “Bakı Klinika”sının və həmin avtomobilin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Jurnalist həmkarlarımızı bir daha etik normalara riayət etməyə, əsassız, yoxlanılmamış məlumatlar yaymamağa çağırırıq”, - AMEA-nın açıqlamasında qeyd olunur.

XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...