SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İranın “acığına” vəhhabilərə YAŞIL İŞIQ? - NƏ BAŞ VERİR?

İranın “acığına” vəhhabilərə YAŞIL İŞIQ? - NƏ BAŞ VERİR?

Tarix:

2-11-2021, 16:37

/ 441 dəfə oxundu.
İranın “acığına” vəhhabilərə YAŞIL İŞIQ? - NƏ BAŞ VERİR?


İndi də plan eynidir. Guya, aralarında Dubay əmiri əl-Məktumun da qohumları olan zəngin ərəblərin Azərbaycana səfərini FHN əməkdaşı Səid Məhərrəmovla, Prezident Administrasiyasının protokol işləri üzrə məsul şəxslərindən biri Orxan Məmmədov təşkil edir. Əslində isə, Dubay əmirinin adınan müəyyən dövlət qurumlarında sui-istifadə edilir...

Əgər rəhbər vəzifələrdə təmsil olunanların millətin dini-əxlaqi dəyərlərindən xəbəri olsaydı, dərk edərdilər ki, bu gün Azərbaycanda cəzalandırılan onların uzunbalaq ərəb dostlarının ideoloji-hərbi mübarizə apardığı şiəlik deyil, rəsmi Tehranın din pərdəsinə bürünən casus şəbəkəsidir

İranın Azərbaycandakı şəbəkəsinin çökdürülməsini sələfi-vəhhabi təriqətində olanlar Bakıda və bölgələrdə qeyd etməyə hazırlaşırlar. Əbu Bəkir məscidinin təmir edilməsi, Səudiyyə, BƏƏ və Qətərdən Azərbaycandakı biznes şəbəkəsinə göndərilən mükafatlar “bayram şöləni”nin kiçik nüanslarıdır.

Əldə etdiyimiz bilgiyə görə, “bayram”ın kulminasiyası yaxın günlərdə Səudiyyə və Qətərdən Bakıya xüsusi reyslə hakim ailələrin üzvləri – şeyxlər gələndə baş tutacaq. Artıq onların səfər proqramları detallarına qədər hazırlanıb. Bakıda qarşılanma, “Fairmont Hotel”in kral dairələrinə və lüks otaqlarında yerləşdirmə, özəl avtomobil, yerli və şimal ölkələrindən gətirilən “cariyələr”in xidmətləri və təbii ki, zəngin ərəblərin istirahətinin vazkeçilməzi kəklik ovu... Bir sözlə, ərəblərin məmnuniyyəti üçün onların zövqünə uyğun hər şey düşünülüb. Bakıda və bölgələrdə yerləşəcəkləri hotellərdə şeyxlərlə bir yerdə onların qızıl qəfəsli şahinləri üçün də otaqlar artıq hazırdır.

Yadınıza gəlirsə, mart ayında ərəblərin Azərbaycanın dövlət qoruqlarında ov ovlayıb, quş quşlaması böyük rezonansa səbəb olmuşdu. Araşdırmalar zamanı ortaya çıxmışdı ki, ölkəyə eyş-işrət üçün gələn ərəblər fövqəladə hallar naziri Kamaləddin Heydərovun tanışlarıdır. Onlar uzun illərdir əylənmək üçün Azərbaycana gəlirlər, lakin son səfər nazirin deyil, nazirliyin fürsətcil əməkdaşlarında biri – FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı Səid Məhərrəmovun təşəbbüsü ilə baş tutub. Ona bu işdə Prezident Administrasiyasının Protokol Şöbəsinin əməkdaşı Orxan Məmmədov yardım edib. Daha dəqiqi, ərəblərin Qaxdakı Acınohur qoruğuna buraxılması və onların xüsusi mühafizə altında olan Qafqaz kəkliklərini ovlaması üçün Ekologiya və Təbii Sərvətləri Nazirliyinə göstəriş məhz Prezident Administrasiyasından, Orxan Məmmədovdan gəlib.

İndi də plan eynidir. Guya, aralarında Dubay əmiri əl-Məktumun da qohumları olan zəngin ərəblərin Azərbaycana səfərini FHN əməkdaşı Səid Məhərrəmovla, Prezident Administrasiyasının protokol işləri üzrə məsul şəxslərindən biri Orxan Məmmədov təşkil edir. Əslində isə, Dubay əmirinin adınan müəyyən dövlət qurumlarında sui-istifadə edilir. İddialara görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə basqılar da başlanıb. Belə ki, Administrasiyadan nazir Muxtar Babayevə ismaric ismarıc dalınca göndərilir.

Mart ayında Muxtar Babayev ciddi qınaqlar qarşısında qalaraq, ərəb turistlərin Azərbaycan təbiətinə daraşmasını pisləmişdi. Eko-mühitdən məsul nazir kimi bildirmişdi ki, ETSN Azərbaycan təbiətinin zənginləşdirilməsi üçün ciddi işlər görür, ölkədə ekoturizmin təbiətə ziyan vurmayacaq şəkildə təşkilinə çalışır, lakin onlardan asılı olmayan bəzi addımlar təbiətə böyük ziyan vurur.

O zaman gərginlik ərəblərdən ikisinin cərimələnməsi ilə başa çatmışdı. İndi isə aydın olur ki, təşkilatçılar bəlli olsa da nə Səid Məhərrəmov, nə Orxan Məmmədov haqqında heç bir tədbir görülməyib, tabeliklərində olan şəxslər onlara nəinki barmaq silkələyib, heç gözün üstə qaşın var da deməyib. Əgər belə olmasaydı, ölkəni bir-birinə qatan olaydan cəmi 6 ay keçəndən sonra onlar yeni səfər təşkili eşqinə düşməzdilər.

Bir daha qeyd edək ki, bu işdə ən çox adı çəkilən və qınanan tərəf birmənalı olaraq fövqəladə hallar naziri Kamaləddin Heydərovdur. Bir zamanlar onun ərəb dünyası ilə əlaqələri bəh-bəhlə təqdim edilirdi. Sadəlövhlər bunun turizmin inkişafına müsbət təsir gösətərəcəyini gözləsə də, yenə də həmişəki kimi alındı - ərəblərin ölkəyə ayaq açması sadacə bir neçə nəfərin və onların qul-beçələrinin cibini doldurdu. Özü də babat doldurdu... O həddə ki, bunun qarşılığında Azərbaycanda heç bir tarixi kökləri olmayan yad təriqətlərin ölkəyə ayaq açmasına, dini-mənəvi mühitin kirlənməsinə, öz ölkələrində qatı mühafizəkar mühitdə yaşayan ərəblərin Azərbaycanı eyş-işrət yuvasına çevirməklə ictimai əxlaqa zərbə vurmasına göz yumdular.

Bu haqda dəfələrlə deyilib-yazılmasına, sosial şəbəkələrdə cox ciddi etirazlar səsləndirilməsinə baxmayaraq görünən odur ki, proses millətin və dövlətin təməllərinə ziyan verəcək qədər irəliləyib. Hakimiyyətin ayrı-ayrı qollarında təmsil olunanlar Azərbaycan dövlətinə, ərazisinə, sərvətinə öz şəxsi maraqlarının obyekti kimi baxmaqda davam edirlər. Adı bu işdə ən çox hallanan Kamaləddin Heydərov isə ən azından ölkə üçün belə bir həssas məqamda öz tabeliyində olan şəxslərin cəmiyyətdə narazılıq yaradan addımlarının qarısını almaq üçün heç bir addım atmır.

Nə siyasətdən, nə yeni dünya düzənindən, nə Azərbaycanın geosiyasi hədəflərindən baş çıxarmayan məmur ordusu yalnız və yalnız maddi mənada varlanmaq üçün ölkəni yad cərəyanların poliqonuna çevirib. Baş verənlərin başqa adı yoxdur. Əgər rəhbər vəzifələrdə təmsil olunanların millətin dini-əxlaqi dəyərlərindən xəbəri olsaydı, dərk edərdilər ki, bu gün Azərbaycanda cəzalandırılan onların uzunbalaq ərəb dostlarının ideoloji-hərbi mübarizə apardığı şiəlik deyil, rəsmi Tehranın din pərdəsinə bürünən casus şəbəkəsidir. Bu şəbəkənin cəzalandırılmasını arzulayanlar da, bunu reallaşdıranlar da əsasən şiələr - mənsub olduqları inanc sisteminin dövlət maraqlarına qarşı istifadəsinə qarşı çıxan inanclı Azərbaycan vətəndaşlarıdır. Onların damarına basmaqdan hələ xeyir görən olmayıb.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.
//hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ