SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Sobsan" sahiblərinin ANLAŞILMAZ MÖVQEYİ... - Milyonlardan imtina edir, kasıbın haqqına girir...

"Sobsan" sahiblərinin ANLAŞILMAZ MÖVQEYİ... - Milyonlardan imtina edir, kasıbın haqqına girir...

Tarix:

2-11-2021, 09:34

/ 348 dəfə oxundu.
"Sobsan" sahiblərinin ANLAŞILMAZ MÖVQEYİ... - Milyonlardan imtina edir, kasıbın haqqına girir...


Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarına məxsus olan “Sobsan” boya Azərbaycanın ilk boya fabrikidir.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır.
Əslində “Sobsan” boya fabriki qardaşların təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsusdur.
Bu fabriklə bağlı daxil olan şikayətlərə baxanda adam dəhşətə gəlir. Bu qədər şikayətmi olar ?
İlk öncə ondan başlayaq ki, bu fabrik boya istehsalı zamanı yaranan və ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdır.
Adama deyərlər ki, ermənilər işğal olunmuş ərazilərimizdə çaylarımızı, su hövzələrimizi zəhərləyirdi.
Onlarla sizin hərəkətlərinizdə nə fərqiniz, cənab Səbzəliyev qardaşları..?
Milyonları qazanırsınız və ölkənin ekologiyasını zəhərləyirsiniz.
“Sobsan” boya fabriki ilə bağlı ən çox şikayət edənlərdən biri isə fabrikdə yanğın baş verəndə ətrafdakı yanan evlərin sahibləridir.
Yanğının səbəbi fabrikin sexində baş verən hadisədir. Yəni ətrafdakı yanan evlər Səbzəliyev qardaşlarının əməllərindən ziyan çəkib.
Bəs onda Səbzəliyev qardaşları niyə vətəndaşlara dəyən zərəri ödəmir ?
Onu da qeyd edək ki, fabrikdəki güclü yanğını çox sayda yanğınsöndürən maşınlar söndürə bilmirdi.
Təsəvvür edirsiniz, Səbzəliyeb qardaşları yanğın zamanı onlara dəyən 14 milyon manatdan imtina edirlər.
Buyurun, baxın, FHN-nin rəsmi sənədi:
“Rəmzi-S” MMC-yə məxsus “Sobsan “ boya fabrikində baş vermiş yanğın hadisəsi nəticəsində 14 milyon 243 min 126 manat 49 qəpik ziyan dəymişdir. Dəymiş maddi ziyan SOBSAN üçün əhəmiyyət kəsb etmir. Odur ki, fabrikin hadisə ilə əlaqədar şikayəti və iddiası yoxdur ”.
Deməli, 14 milyon manat SOBSAN boya üçün əhəmiyyət kəsb etmir. Bəs görəsən, onda fabrik zərərçəkənlərin qəpik-quruşunu niyə vermir?
Hətta zərəçəkənlərdən get-gəldən, süründürməçilikdən bezib infarkt keçirənlər də var.
“Sobsan”nın əməlləri bununla bitmir.
Səbzəliyev qardaşları Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçiriblər.
Vətəndaşların şikayət etmədiyi dövlət qurumu qalmayıb, ancaq nəticə yoxdur.
Səbzəliyev qardaşları “yuxarının adamıyıq” deyib vətəndaşlara hədə-qorxu gəlirlər.
Bütün bunlar azmış kimi Səbzəliyev qardaşları alıcıları çəkidə və qiymətdə aldadır. Bəli, çəkidə aldadır.
Üstünə 10 kq yazılan bir vedrə boyanın təmiz çəkisi 6 kiloqramdır. Fabrik boyanın qabının ölçülərini yuxarıdan və aşağıdan dəyişərək, alıcıları aldadır.
“Sobsan” boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
“Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər.
Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Təsəvvür edirsiniz, bu gənc xanım direktor olan kimi səhiyyə ocağını sanki bazara çevirib.
Bir sözlə, “Sobsan” boya cəmiyyətimizi öz istədiyi rəngə boyaya-boyaya gedir.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ