SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

Tarix:

27-10-2021, 09:46

/ 393 dəfə oxundu.
Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Hadisə Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə, 19:05-də gətirilən əməkdar artist cərrahi əməliyyata alınıb. Xəstənin vəziyyəti ağır olaraq qalır. 

Səhnə adamını vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirlib.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

Şərhlər

XƏBƏR LENTİ