Məkkənin məşhur məscidində camaat üçün sosial məsafə ləğv edildi
Müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində, dünyanın ən böyük məscidi Əl-Haramda koronavirus pandemiyasının başlanmasından bu yana ilk dəfə sosial məsafə tədbirləri gözlənilmədən namaz qılınıb.
Xalqxeber.az xarici mətbuata istinadən xəbər verir ki, məscid işçiləri tam hüquqlu xidmətlərin bərpası qərarına uyğun olaraq, dindarlar üçün müəyyən güzəştlər tətbiq ediblər. Məscidin döşəməsindən sosial məsafə ilə bağlı stikerlər çıxarılıb.
Hazırda Ümrə ziyarətini edən əcnəbiləri qəbuluna hazırlıq işləri başlayıb.
Buna rəğmən Səudiyyə Ərəbistanı hökuməti bəyan edib ki, məscidə gələnlər COVID-19 əleyhinə tam peyvənd edilməli və maska taxmalıdırlar. Bundan əlavə, əsas müsəlman ziyarətgahı olan Kəbəyə giriş məhduddur.
İyulda koronavirus məhdudiyyətləri səbəbindən ölkənin yalnız 60 min peyvənd edilmiş sakini Məkkəyə gələ bilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır