“Şuşa bədbəxt və qaranlıq şəhər idi” - Paşinyan dediklərini danmadı
“30 il ərzində Şuşaya nə qədər sərmayə qoyulmuşdu? Baden-Badenə qoyulan sərmayə ilə Şuşaya qoyulan sərmayəni müqayisə edək? (Xocalı qatili Serj Sarqsyanın Baden-Badendəki korrupsiya kapitalı nəzərədə tutulur – red.)”.
Xalqxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif blokdan olan deputat Tiqran Abraamyanın “Şuşada 30 ildə niyə evlər tikilmədi. Pul yox idi? Yoxsa nə?” sualına cavabında deyib.
Paşinyan Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi “Şuşa bədbəxt və qaranlıq şəhər idi” sözlərinin üzərində dayandığını qeyd edib:
“Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa buna dəyməz? Bu suallarla nə axtarırsınız? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən yox idim, başqa insanlar yox idi və heç kim orada vəziyyətin necə olduğunu görmədi? Sanki paralel reallıqlarda yaşayırıq. Bəli, dediklərim doğrudur”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır