Paşinyan etiraf etdi: "Azərbaycana yanlış xəritələr vermişik"
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bir daha təsdiqləyib.
Xalqxeber.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Paşinyan Azərbaycanda əsirlikdə olan erməni diversantlarını bütün mina xəritələrini verməklə dəyişməyi təklif edib.
"Baxın, Azərbaycan Prezidenti mənimlə görüşməyə hazır olduğunu bəyan edib. Deyim ki, iyul ayında XİN səviyyəsində görüşməyə hazır olduğumuzu açıqladım, yəni Baş nazir-prezident səviyyəsində görüşü nəzərdə tuturuq.
Qarşıdakı görüşə dediyim xəritələri özümlə aparmağa hazıram.
Əlimizdə olan bütün xəritələri özümlə aparmağa hazıram. Azərbaycan Prezidentini bütün məhbuslarımızı da özü ilə gətirməyə çağırıram", - deyə Paşinyan qeyd edib.
Paşinyan onu da deyib ki, erməni tərəfi həqiqətən də Azərbaycana ilk dəfə yanlış xəritələri verib:
"Azərbaycan Prezidenti şikayət edir ki, əvvəllər verdiyimiz xəritələrin keyfiyyəti yaxşı deyil. Əlimizdəki xəritələri verdik, yəni doğru xəritələri çəkməcədə saxlayıb, yanlış xəritələri verdik. Xəritələrin keyfiyyəti ilə bağlı problem olduğunu bildiyimi istisna etmirəm".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır