SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Tarix:

20-09-2021, 20:10

/ 950 dəfə oxundu.
Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Xalqxeber.az Lent.az-a istinadən xəbər verir ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi (Pfizer) depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Ramal Hüseynov olduğunu iddia edir.

Bildirir ki, şəxsin “Qeydiyyat-Barkodlaşma və Qablaşdırma” vakansiyası üzrə müraciəti müsbət dəyərləndirilib və bunun təsdiqi üçün 54 manat ödəniş etmək lazımdır.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, qurumda bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqətə uyğun deyil:

“Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.

Sözügedən mesajı təqdim edirik:




Şərhlər

XƏBƏR LENTİ