SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ramiz Mehdiyevin çevrəsində QALMAQAL - Ortada ağır ittihamlar da var...

Ramiz Mehdiyevin çevrəsində QALMAQAL - Ortada ağır ittihamlar da var...

Tarix:

20-09-2021, 09:37

/ 426 dəfə oxundu.
Ramiz Mehdiyevin çevrəsində QALMAQAL - Ortada ağır ittihamlar da var...

DİA.AZ bildirir ki, keçən həftə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı daha bir qalmaqalda hallandı. Belə ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun filologiya elmləri doktoru İdris Abbasov AMEA rəhbərliyinə yönəlik ağır ittihamlar səsləndirdi:

"Bu gün, 17.09.2021-ci ildə AMEA-nın Dilçilik İnstitutunda baş vermiş növbəti qanunsuzluğa, özbaşınalığın rəsmiləşdirilmısinə, qurumun elmi-tədqiqat mehvərindən tamamilə çıxarılmasına, intriqaların, alverin, fırıldaq və kələklərin, saxtakarlığın körüklənməsinə, idarəçiliyin karikaturaya çevrilməsinə, heç bir idarəçilik səriştəsi, qabiliyyəti olmayan, prinsipi prinsipsizlik olan, bütün qanunsuzluqların reallaşdırılmasında bir neçə iri akademik tərəfindən öz məqsədləri üçün alət kimi istifadə edilən, vəzifə məsuliyyətinin nə olduğunu dərk edə bilməyən birisinin Azərbaycan dilçiliyinə rəhbər təyin olunmasına, ölkə elmini bərbad günə qoymaqda maraqlı olan həmin akademik şəbəkənin onu zorla vəzifədə saxlamasına rəsmi münasibət bildirilməsi və ictimaiyyətə arayış verilməsi AMEA rəhbərliyindən, şəxsən AMEA prezidenti Ramiz Mehdiyevdən tələb olunmalıdır!

Qanunsuzluğu himayə edən akademik şəbəkənin dövlətdən maliyyələşib harınlaması, mədhiyyələr oxuyub dövlətin maraqlarına zidd işlər çevirməsi heç bir idarəçilik ədəbinə, alim adına və əxlaqına yaraşan iş deyil. Hesab edirəm ki, Prezident Administrasiyası tərəfindən AMEA-dakı qanunsuzluqların qarşısının alınması üçün ciddi müdaxilə edilməsi zərurətdir, çünki bu qurumda dövlətimiz üçün zərərli, neqativ proseslər gedir!"

Qeyd edək ki, bunun ardından qarşı tərəf də münasibətini açıqlayaraq ittiham tərəfinin özünə yönəlik iddialar səsləndirdi. DİA.AZ xatırladır ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy ittihamlara belə cavab vermişdi.

O qeyd edib ki, İdris Abbasovun məsələ barəsində yazdıqları həqiqəti əks etdirmir: “Onun peşəsi belə yalan məlumatlar yaymaqdır. Bir dəfə də yazmışdı ki, Naxçıvan dialekti atlasının məsul redaktoru kimi guya mən özümü yazmışam. Amma istəyirsiniz gəlin, göstərim ki, onun redaktoru mərhum Tofiq Hacıyevdir.

Dünən isə Lalə adlı bir işçimizin halı pisləşib. Ona təcili yardım çağırıblar. Deyirlər ki, həmin xanımın xəstəliyi var. Ancaq burada şöbənin yerinin dəyişdirilməsindən söhbət getmir. Sadəcə olaraq, xanıma yazı yazmaq təklif edilib, o da bundan imtina edib”.

Dünən isə İdris Abbasov yeni açıqlama ilə çıxış edib: "Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu mətbuata deyib ki, guya mənim dediklərim həqiqəti əks etdirmir: “Onun peşəsi belə yalan məlumatlar yaymaqdır”. Möhsün Nağısoylu, yalançını mənzilinə qədər qovarlar. Sənin (sizin) və səni (sizi) himayə edən bir neçə akademikin yalançı olduğunu, yalanınızın dövlətin maliyyə və elm potensialına böyük ziyan vurduğunu faktlarla ortaya qoymuşam. Hələ ki vəzifə səlahiyyətiniz sizi xilas edir.

Azərbaycan Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon manatı mənmi ört-basdır etmişəm, yaxud ayrılan yüz minlərlə qrantın taleyini qaranlıq labirintlərə mənmi soxmuşam? Yoxsa rüsvayçı plagiat əsərlərə İsa Həbibbəyli ilə birlikdə mən baş redaktorluq etmiş, dövlət vəsaiti hesabına çap etdirmiş və ictimaiyyəti aldatmışam? “İzahlı dilçilik terminləri lüğəti” adlı plagio-monumenti mənmi “şedevr” kimi təqdim və tərif etmişəm? Fakt qarşısında qaldıqda mənmi yalandan üzə dirənmişəm? İnstitutdakı özbaşınalıqları, fəaliyyətsizliyini(zi) ifşa edən İ.Abbasovu mənmi küncə sıxışdırıb “əlimin altında olan bütün işçiləri üstünə qaldıraram” deyib təhdid etmişəm? Ölkə Prezidentinin ana dili ilə bağlı dünya kitabxanalarında saxlanılan abidələrin dirçəldilməsi üçün ayırdığı vəsaiti mənmi yoxa çıxarmışam? 400 il Vatikan kitabxanasında mühafizə edilən italyan dilində yazılmış “Azərbaycan dilinin orijinal qrammatikası”nın tərcümə, tədqiq və şərhinə mənmi biganə yanaşmışam? İnstitutu özfəaliyyət dərnəyinə, elmi şuranı qoçu dəvət olunan intriqa şurasına çevirən kimdir? Daha nələr və nələr...
İndi özün (üz) vicdanın(ız) qarşısında hesabat ver(in): Dövlətdən lazımınca bəhrələnib dövləti aldadan sənsən (sizsiniz), yoxsa mən?"

Şərhlər

XƏBƏR LENTİ