SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Mahmudovun adamları da hədəfdədir... - Raqub Məmmədovun ardından Arif Qasımov gedir

Eldar Mahmudovun adamları da hədəfdədir... - Raqub Məmmədovun ardından Arif Qasımov gedir

Tarix:

7-06-2018, 16:32

/ 2 136 dəfə oxundu.
Eldar Mahmudovun adamları da hədəfdədir... - Raqub Məmmədovun ardından Arif Qasımov gedir

Bu gün Tovuz rayonunun icra başçısı vəzifəsindən azad edildi. Qeyd edək ki, dünən isə Ağdamın icra başçısı Raqub Məmmədov işdən çıxarılıb. Proses davam edir. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, hədəfdə əsasən köhnə nazirlərin kadrlarıdır.

Mənbənin söylədikləri: "Raqub Məmmədov sabiq MTN şefi Eldar Mahmudovun kadrlarından olub. Eldar Mahmudov isə nəinki kadrlarını, hətta özünü belə müdafiə əzmində deyil. Və yaxınlada gölənilən dəyişikliklərdə məhz Mahmudova yaxın fiqurların zərərsizləşdirilməsi prosesini müşahidə edəəyik".

Mənbə iddia edir ki, onların sırasında Nizaminin icra başçısı Arif Qasımov da var. Qeyd edək ki, yerli KİV-də Arif Qasımovun adı dəfələrlə Eldar Mahmudovla birgə hallandırılıb.

Məlumatlarda deyilir ki, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun oğlu oğlu Nadir Qasımovu başçı ilə sabiq nazirin münasibətlərini şərh edərkən xüsusi vurğulamaq lazımdır. Mənbə dia.az-a bildirir:
“İcra başçısının oğlunun adı mediada müxtəlif qalmaqallarda hallanıb. Bunlardan biri də onun hərbi xidməti ilə bağlıdır. Belə ki, N.Qasımovun hərbi xidmətdə olduğu halda Bakıda dəbdəbəli həyatını davam etdirməsi haqda xəbərlər yayılmışdı. Hələ bu xəbərlər yayılarkən bəzi saytlar hansısa maraqlar naminə Arif Qasımovun və onun “məzlum” oğlu Nadir Qasımovun müdafiəsinə qalxdılar və iddia etdilər ki Nadir Qasımov son 6 ayda hərbi xidmət çəkməyib. Nadir Qasımovun 6 ay əvvəl hərbi xidməti başa vurduğuna inansaq, onun hərbi xidmətinin başlanğıcı və böyük hissəsi məhz MTN-in və Eldar Mahmudovun vaxtına düşür. Maraqlıdır görəsən, Eldar Mahmudov icra başçısının oğluna hərbi xidmət zamanı fərqli bir şərait yaradılması üçün göstəriş vermişdimi? Ancaq digər faktlar göz qabağındadır. Bəs həmin “adı açıqlanmayan mənbə” icra başçısının oğlunun “İnstagram”dakı profili haqqında nə deyə bilər? Nadir Qasımov barəsində ən maraqlı məqam onun avtomobil kolleksiyası ilə bağlıdır. Prezdent İlham Əliyev dövlət pullarına qənaət etmək üçün məmurlara tövsiyyə etmişdi ki, Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobilləri alsınlar. Məmur övladlarının facebook və “İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, “qudurğan” və “harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi. Arif Qasımovun oğlunun instagram səhifəsində yerləşdirdiyi fotolardan görünür ki, oğul bala əsl icra başçısının oğludur. 90- AA -852 nömrəli avtomobildə gəzən oğul Qasımova nəylə bəraət qazandırmaq olar?! Aşağıda sizə təqdim etdiyimiz fotolardan da görünür ki, Nadir Qasımov əsl icra başçı oğlu kimi, “aristokrat” həyat tərzini sürür.
O
nu da bildirək ki, N.Qasımovun belə bir həyat tərzini yalnız öz “məmur övladı şıltaqlığı”na bağlamaq olmaz. Elə icra başçısının özü haqda da az qalmaqallı xəbərlər yayılmayıb".

Danışan mənbə bildirir ki, bu gün bir çox dairələrin ittiham hədəfinə çevrilən Arif Qasımovun gedişi labüddür. Mənbə danışır: "Bu proses Eldar Mahmudov işdən çıxarılandan sonra başlayıb. Vaxt ala bilər. Amma fakt, reallıq odur ki, Eldar Mahmudovun adamları görəvlərinə davam edə bilməyəcəklər".

Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ