Durumu gərgin olan Arif Qasımov çıxış yolu axtarır - yaxın iki həftə ərzində...
Adı daha çox yaşıllıqların qənimi kimi hallanan Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun bu gün müxtəlif istiqamətlərdən hədəfə çevrildiyi iddia olunur. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, Nizami RİH rəhbərinin bir müddət əvvəl övladı ilə bağlı yaranmış qalmaqal, bunun əslində bir siyasi qalmaqal olduğunu yaxşıca dərk etməsi Qasımovu əməlli-başlı gərgin duruma soxub.
Mənbənin söylədikləri: "Təbii ki. Arif Qasımov iqtidardaxili Naxçıvan qruplaşmasının nümayəndəsi olaraq daha çox həmyerlilərinə güvənir, onlara söykənməyə çalışır. Amma icra başçısı hələ də qəbul edə bilmir ki, vəziyyət çoxdan dəyişib və kiməsə mənsubu olduğu bölgəyə görə yox, məhz faəliyyətinə görə qiymət verirlər. Amma buna rəğmən daha çox naxmıvanlı məmurlara müraciət edən və müdafiə istəyən başçı özünü daha da çətin duruma salıb".
Mənbə iddia edir ki, artıq onunla da bağlı qərar verilib: "Dəyişiklik qaçılmazdır. Bir-birinin ardınca buraxdığı səhvləri, xüsusən də üzürünün günahından daha da betər olması Nizamidə başçı dəyişikliyini daha da sürətləndirməkdədir".
Məlumatlı mənbənin sözlərinə görə, yaxın iki həftə ərzində qərar rəsmən elan oluna bilər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
DİA.AZ-

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək