XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Lavrovdan Qarabağ açıqlaması

Lavrovdan Qarabağ açıqlaması

Lavrovdan Qarabağ açıqlaması
17-01-2017, 13:32

“Qanlı hadisə dərin narahatlıq yaradır…”

"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub:

"Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması məsələsi ilə bağlı ATƏT daxilində konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.