SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » PA məmurunun başı cəncəldə: Əli Əsədov Eldar Mahmudova nələr peşkəş edib?

PA məmurunun başı cəncəldə: Əli Əsədov Eldar Mahmudova nələr peşkəş edib?

Tarix:

10-02-2017, 00:15

/ 5 772 dəfə oxundu.
PA məmurunun başı cəncəldə: Əli Əsədov Eldar Mahmudova nələr peşkəş edib?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki bandaya qoşulmuş ayrı-ayrı məmurların əməlləri üzə çıxır

Onların arasında komitə sədrləri, nazir müavinləri, icra hakimləri, bələdiyyə sədrlərina rast gəlmək olar.

Məlumata görə, Eldar Mahmudov - Akif Çovdarov tandemi məmurları öz çirkin işlərinə alət ediblər.

Bu faktlar vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. Məqalənin həcmcə böyüklüyünü nəzərə alaraq hər yazıda bir məsələyə toxunuruq. Vəkil kifayət qədər sensasiya doğuracaq qanunsuzluqlardan yazıb.

Bu dəfə məlum olub ki, prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun təkidi ilə Eldar Mahmudova böyük ərazi bağışlanıb.

Dendrari parkının 2 hektar və ona bitişik Kurortlar Şurasına məxsus Abşeron sanatoriyasının 3 hektar torpaq sahələri Eldar Mahmudova ev tikmək üçün qanunazidd sərəncamla verilib.

Vəkil yazıb ki, Əli Əsədov Xəzər rayonu, dənizkənarı park və Bakıda abadlıq işlərinin icra edilməsi üçün büdcə və ARDNŞ-in ayırdığı vəsaitin oğurlanmış hissəsi hesabına təcili olaraq sahibi olduğu "Azİmport" MMC vasitəsilə sahəni hasara alıb.

Eldar Mahmudov həmin torpaq sahəsində 4 mərtəbəli, hər mərtəbəsi təxminən 1000 kv.metr, damında vertolyot meydançası olan mülk tikib.

Arxası Xəzər Rayon Polis İdarəsinin inzibati binasına baxan, uzunluğu təxminən 100 metr olan 2 mərtəbəli, damı bağlanmış ikinci bir mülk də inşa edib. Üstü vertolyot meydançası olan 4 mərtəbəli mülkün inşas isə hələ tamamlanmayıb və hazırda dayandırılıb.

Məlumata görə, 2007-ci ildə E.Mahmudovun sahibi olduğu "Kaspian Petrol" firmasına Pirallahı qəsəbəsində yerləşən Olimpiya kompleksinin yanında, Əli Əsədov tərəfindən hasara alınmış 10 hektar torpaq sahəsi verilib. R.Zeynalov bu faktı xüsusi qeyd edib.

Onu da deyək ki, prezident İlham Əliyevin 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bir nüans diqqətdən yayınmadı.

Bu məqam bir daha təsdiq edirdi ki, dövlət başçısı komandasında kimlərlə işləməyə üstünlük verir. Söhbət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun yoxluğundan gedir.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə Natiq Əmirovun təyinatından sonra Əli Əsədovun halqasının daralması gözlənilən idi.

İ.Əliyev Ə.Əsədova etimad göstərmədiyini bu təyinatla nümayiş etdirmişdi. Eldar Mahmudov ötən ilin oktyabrında milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Əsədov da hədəfə gəlmişdi.

Onun Eldar Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılırdı. Məlumatlarda deyilirdi ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq ediblər, ali məktəbdə birgə oxuyublar.

Şərhlər

XƏBƏR LENTİ