SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zakir Qaralov prokurorların işini tənqid etdi

Zakir Qaralov prokurorların işini tənqid etdi

Tarix:

5-02-2017, 13:21

/ 1 999 dəfə oxundu.
Zakir Qaralov prokurorların işini tənqid etdi

2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə, proqkurluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Bu haqda fevralın 4-də Baş Prokurorluqda keçirlmiş kollegiya iclasında bildirlib.

Baş prokuror Zakir Qaralovun verdiyi məlumata görə, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub.
İclasda Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.
Bildirlib ki, 2016-cı ildə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 6 qəsdən adam öldürmə cinayətlərinin, o cümlədən, Bakı şəhərinin Sabunçu rayonunda 2, Gəncə şəhər, Daşkəsən, Gədəbəy və Bərdə rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırılıb ki, 2016-cı ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi təmin edilsin.


Qeyd edilib ki, görülmüş müsbət işlərə baxmayaraq cinayət işlərinin istintaqı və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində qüsurlar hələ də qalmaqdadır, cinayət-prosessual qanunvericiliyin tələblərinin, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması, əsassız prosessual qərarların qəbul edilməsi hallarına yol verilir. İstintaq işinin düzgün təşkilinə cavabdeh olan sahəvi qurumların rəhbərləri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması kimi mühüm prosessual hərəkətlərin icrası zamanı qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, istintaq işinin keyfiyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin zəruri tələblər səviyyəsində təşkili üçün ciddi təminatlar yaradan Baş Prokurorluq üzrə “Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə konkret tapşırıqlar verilib.

Şərhlər

XƏBƏR LENTİ