XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Zakir Qaralov əmr verdi - Prokurorluqda təyinatlar

Zakir Qaralov əmr verdi - Prokurorluqda təyinatlar

Zakir Qaralov əmr verdi - Prokurorluqda təyinatlar
22-05-2017, 16:53

Bakı şəhər Prokurorluğunda yeni təyinat olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

T.Aslanovun adı Baş Prokurorluğun veb saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarının siyahısına əlavə edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.