Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
Dövlət Turizim Agentliyi (DTA) daha bir bahalı tenderə hazırlaşır.
Bu dəfə də Agentlik dəfələrlə tənqid edildiyi məsələni reallaşdırmaq fikrindədir.
Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətləri satın alınacaq. Bu xidmət üçün Agentlik 597 min 526 manat xərcələyəcək. Müsabiqənin nəticəsi isə martın 3-də açıqlanacaq.
Qeyd edək ki, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərdən gələn blogger və jurnalistlərin sayı barədə məlumat yoxdur. Yalnız hər bir ölkədən bir dəfə səfər təşkil olunacağına dair məlumat var.
Bildirək ki, ölkə mediasında Turizm Agentliyi bu cür təbliğat işlərinə görə dəfələrlə tənqid edilib. Açıq mənbələrdə bildirilir ki, Agentliyin bu işlərə sərf etdiyi xərclər ya şişirdilib, ya da səmərəsizdir. /Tribuna/

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır